MƏtbuat mƏrkƏzİ

“Baku Open 2023”

“Baku Open 2023”

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalı “Baku Crystal Hall”-un Mətbuat Mərkəzində baş tutub.

Festivalın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə şahmatının inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xatırladıb. Yarışın yüksək səviyyədə keçirildiyini bildirən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qalibləri təbrik edib, onlara gələcək turnirlərdə uğurlar arzulayıb.“Baku Open-2023”ün baş hakimi Faiq Həsənov festivalda 32 qrosmeysterin mübarizə apardığını və bütün qruplarda gərgin idman mübarizəsinin şahidi olduqlarını söyləyib.

Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A, B və C) mübarizə aparıblar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.

Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayıb. Festivala mayın 12-də yekun vurulub.

Qeydedəkki, turnirin ümumimükafatfondu 55 minABŞ dolları təşkiledib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb.