Tarİx

Baku Crystal Hall — çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleksdə geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək üçün nəzərdə tutulub.

Baku Crystal Hall Avroviziya 2012 mahnı müsabiqəsinin keçirilməsi üçün Bakının Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilmişdir. Kompleksin tikintisi Respublika prezidenti İlham Əliyevin sərəncamına əsasən dövlət komitəsi tərəfindən həyata keçirilib.


Kompleksin layihəsinin baş dizayneri alman şirkəti "GMP", arenanın dizayneri isə İsveçrə şirkəti Nüssli International AG-dir. Stadionun üç hissəsinin tikintisi - arenanın, fasadın və tavan hissənin - eyni zamanda başlanıb.

Tikinti 2012-ci il 16 aprel tarixində qurtarıb. Mayın 7-si kompleksin rəsmi açılışı olub və arena 22-26 mayda tarixlərində Avroviziya-2012 mahnı müsabiqəsinin yarımfinalları və finalına ev sahibliyi edib. Crystal Hall-un fasadı müxtəlif effektləri yaratmağa icazə verən çoxsaylı müasir dinamik led lampalarla təchiz edilmişdir. Avroviziya-2012 mahnı müsabiqədəsində hər bir ifaçının səhnəyə çıxışı zamanı bu led lampaların işıqlandırılması iştirakçı ölkənin bayrağının rənglərini canlandırırdı.




  • Kompleksin ümumi sahəsi - 30958 m2 -dir. 
  • Zal və arena boyu dəhliz iki simmetrik yerə bölünür və A (A01-A15) və B (B01 – B15) sektorları ilə işarə olunur.

Arena və ətraf ərazilər

  • Arenanın sahəsi – 10964 m2 -dir.
  • Zalın yer tutumu – 27 000 tamaşaçı (tribunada 15000 yer, arenada – 12000 yer)
  • Zalın ortada hündürlüyü – 24 m
  • Arenanın yer örtüyü – asvalt
  • Arenanın işiqlandırılması 1200 ədəd led projektorlarla aparılır. İşiqlılıq dərəcəsi 1 metr hündürlükdə 850 lyuks təşkil edir. 

Arena ətrafındaki dəhliz iki simmetrik yerə bölünür və hər tərəfə 15 olmaqla ümumilikdə 30 bayır girişi var. Hər sektorda 1 ədəd olmaqla ümumi 2 nəqliyyat girişi, hər sektorda 5 ədəd olmaqla ümumi 10 arena girişi və hər sektorda 8 ədəd olmaqla ümumi 16 tribuna girişi mövcuddur. Dəhliz boyu iaşə obyektləri (hər sektorda 5 ədəd olmaqla ümumi 10), keytrinqlər (hər sektorda 9 ədəd olmaqla ümumi 18), tibbi yardım məntəqəsi (hər sektorda 1 ədəd olmaqla ümumi 2), sanitar qovşaqlar (hər sektorda 6 kişi, 6 qadın, 6 fiziki qüsurlu şəxslər üçün olmaqla ümumi 36) fəaliyyət göstərir.

Arenanın arxasında idmançılar və artistlər üçün nəzərdə tutulan otaqlar olan, ümumi sahəsi 2440 m2 olan Backstage (səhnəarxası zona) yerləşir. 

Level 0 - Level plan

  • Sahəsi - 10 750 m2
  • Mərtəbənin hündürlüyü - 4,15 m
  • Bu mərtəbəyə VİP giriş (A 01, B 01), arenanın bayır girişləri (A 02-15, B 02-15), dəhliz və dəhlizdə olan sektor girişləri və mövcud obyektlər daxildir.

Level 1 - Level plan

  • Sahəsi - 5 180 m2
  • Mərtəbənin hündürlüyü - 3, 46 m
  • Bu mərtəbəyə ofis və texniki zonalar daxildir.

Level 2 - Level plan

  • Sahəsi - 3 536 m2
  • Mərtəbənin hündürlüyü - 2,78 m (VİP zonada), 2,50 м (digər yerlərdə)
  • Bu mərtəbəyə VVİP və VİP otaqlar, sanitar qovşaqlar, sky box və şərhçi otaqları daxildir.