Concert

Azərbaycan Dövlət İqtisad Universiteti məzun günü

Azərbaycan Dövlət İqtisad Universiteti məzun günü

30 iyun 2019-cu il tarixlərində Bakı Kristal Zalda Azərbaycan Dövlət İqtisad Universiteti məzun gününü qeyd etdi.

Bakalavr və magistrlarla bərabər ümumilikdə 4122 gənc məzun günündə iştirak edib.Təntənəli mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov məzunları təbrik edib. Fransanın Monpelye Universitetini bitirən 13 bakalavr və İsveçrənin UBİS universitetini bitirən 4 magistrə həmin universitetlərin diplomları verilib.

Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Pakizə Vəlizadə çıxış edib. Tədbirdə populyar artistlər Miri Yusif və Murad Arif tələbələri məzun olmaları münasibətilə təbrik edərək, özünəməxsus ifaları ilə onlara unudulmaz anlar yaşadıblar. Populyar DJ Chına isə dinamik mahnıları ilə “Məzun Günü”nündə gəncləri əyləndirib.