MƏtbuat mƏrkƏzİ

Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi

Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi

11 iyun 2019-cu ildə Konfrans Zalında Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi münasibəti ilə tən-tənəli tədbir təşkil olunub.

13 sentyabr 1994-cü ildə Bakı şəhərində IWC Baku yaradılıb. Klub qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.

Xarici ölkələrdən gəlmiş qonaqlar tədbirdə iştirak edib. Həmçinin tədbirə amerika səfiri - Robert Sekuta, idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Hicran Hüseynova, millət vəkili -  Qəniri Paşayeva qatılıblar. 

Beynəlxalq Qadınlar Klubunun fəaliyyəti dövründə həyata keçirdiyi işlərin, layihələrin, xeyriyyə tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bu kimi tədbirlərin davamlı olmasını diləyib.