Baku 2015 Arenalar

Çimərlik Arenası (BEA)

Çimərlik Arenası (BEA)

Çimərlik Arenası Avropa Oyunları Parkının bir hissəsi olaraq inşa edilmiş müvəqqəti obyektdir. Burada çimərlik voleybolu və çimərlik futbolu üzrə yarışlar keçiriləcək. 

Obyektə aid faktlar

  • Çimərlik voleybolu üzrə yarışlar 6 gün, çimərlik futbolu üzrə yarışlar isə 5 gün davam edəcək.
  • Hər iki idman yarışlarında əsas meydana bitişik kortlardan istifadə ediləcək.
  • Əsas çimərlik arenası oyunlar zamanı eyni anda 1506 tamaşaçı tutumuna malik olacaq.
  • Çimərlik voleybolu üçün 128, çimərlik futbolu üçünsə 96 idmançının Bakıya gələcəyi gözlənilir.

Keçiriləcək yarişmalar

  • Çimərlik voleybolu – 16-21 iyun 
  • Çimərlik futbolu – 24-28 iyun