MƏtbuat mƏrkƏzİ

Baku World Challenge-2014

Baku World Challenge-2014

1-2 noyabr 2014-cü il tarixində Bakıda Blancpain Sprint Series seriyasının final mərhələsi olan “Baku World Challenge-2014” üçüncü beynəlxalq yarışı keçirilib. Müxtəlif ölkələrdən gəlmiş yarışları beynəlxalq mətbuatda işiqlandıran media işçiləri üçün mətbuat mərkəzində rahat iş şəraiti yaradılmışdı. 
 
Yarış Azərbaycan gənclər və idman nazirliyi və Azərbaycan Avtomobil federasiyasının dəstəyi ilə “Aztexnika” şirkəti tərəfindən təşkil olunub.

Mübarizə Bakıdakı tamami ilə yeni və xüsusi hazırlanmış dörd kilometrlik yarışma trassasında dünyanın titullu pilotları arasında keçib.

İkigünlük çox maraqlı və baxımlı yarışda Belgian Audi Club Team WRT komandası qələbə qazanıb, ikinci yeri Beechdean AMR, üçüncü yeri isə - Phoenix Racing komandası tutub. Yarış bitdikdən sonra qaliblər mətbuat mərkəzinin konfrans zalında media işçiləri ilə görüşüb.