Concert

“Fanta” Gənclik Festivalı

“Fanta” Gənclik Festivalı

27 sentyabr 2014-ci il tarixində “Coca-Cola” şirkəti ikinci dəfə “Fanta” Gənclik Festivalını keçirib. Bu festivalda 35 mindən artıq insan iştirak edib və qonaqların sayı ötən il Tofiq Bəhramov adına stadionda təşkil olunmuş birinci “Fanta” festivalına nisbətən daha çox olub.
 
Bu festival çərçivəsində keçirilən konsertdə Azərbaycan və Türkiyə estradalarının ulduzları çıxış ediblər.
 
Konsertin əsas ifaçısı Türkiyənin tanınmış estrada müğənnisi Kənan Doğulu olub. O, səhnəni Azərbaycanın məşhur müğənniləri Miri Yusif və Natəvan Həbibi ilə bölüşüb. Festival zamanı, həmçinin, “Fanta” oyun zonası təşkil olunub və tədbirin bütün iştirakçıları bu zonadan yararlanaraq, qeyri-adi sumo yarışında iştirak edib, stolüstü futbol və böyük boulinq oynaya bilib.