Concert

Rihanna konserti

Rihanna konserti

2012-ci il oktyabrın 6-da müğənni Rihanna “Baku Crystal Hall”un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış edib. Müğənni Bakı səhnəsində konsertinin yüksək səviyyədə təşkili üçün 80 nəfərlik heyətlə gəlmiş, proqramın hazırlıq işlərinə yüzlərlə komanda üzvü cəlb olunub.


Konsertə qonaq qismində qatılan gənc müğənni Gültəkin Qaradağlı tamaşaçıların qarşısında dünyanın tanınmış müğənnilərinin repertuarından sevilən mahnıları təqdim edib. Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun ifasından dərhal sonra dünya şöhrətli müğənni Rihanna səhnəyə çıxıb. Azərbaycan tamaşaçıları zəmanəmizin ən sevilən ifaçılarından olan müğənnini hərarətli alqışlarla qarşılayıb.

1 saatdan artıq olan proqramında müğənni dinamik və möhtəşəm səhnədə ən hit mahnılarını səsləndirib.