İdman

"Atıcılıq Üzrə 53-cü Dünya Çempionatı" açılış mərasimi

"Atıcılıq Üzrə 53-cü Dünya Çempionatı" açılış mərasimi

15 avqust 2023-cü ildə Bakı Kristal Zalında "Atıcılıq Üzrə 53-cü Dünya Çempionatı" açılış mərasimi baş tutub. Sentyabrın 1-dək davam edən Dünya Çempionatında 101 ölkədən 1239 idmançı iştirak ediləcək. Azərbaycan yarışda 31 idmançı ilə təmsil olunacaq.

Öncə iştirakçı ölkələrinbayraqları nümayiş olunub, ardıncaAzərbaycanmədəniyyətiilə bağlı videoçarxnümayiş etdirilib. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.

Daha sonra Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) bayrağı səhnəyə gətirilib və federasiyanın himni səsləndirilib.

Aılış mərasimində çıxış edən ISSF prezidenti Luçiano Rossi Bakının bir sıra beynəlxalq yarışlara ev sahibliyi etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Bundan sonra idmançılar məşqçilər və hakimlərin andiçmə mərasimi baş tutub.

Açılış mərasiminin rəsmi hissəsi başa çatıb və bədii hissəyə keçid edilib.