MƏtbuat mƏrkƏzİ

"Best Model of Azerbaijan 2022" yarışmasının final mərhələsi

"Best Model of Azerbaijan 2022" yarışmasının final mərhələsi

4 dekabr 2022-ci ildə "Baku Crystal Hall"-un Mətbuat Mərkəzinində "Best Model of Azerbaijan 2022" yarışmasının final mərhələsi keçirilib.

Burada ölkədə gözəllik, model və defile müsabiqələrinin keçirilməsi tarixində ən uzun podium - 60 metr məsafədə inşa edildi. Finalda 14 oğlan və qız iştirak edib. Qonaqlara yalnız finalçıların çıxışları deyil, həm də kreativ musiqi nömrəsində, həmçinin münsiflər heyətinə daxil olan dizaynerlər Leyla Əhmədova və Kübra Nuriyevanın kolleksiyalarının nümayişində iştirakları təqdim edildi. Məşhur müğənnilər Samir Bağırov və Elvin Babazadə сoşqun çıxışları ilə fərqləniblər. Zalda nümayəndələri otuz nəfərlik böyük münsiflər heyətinə daxil olan sponsorlardan müxtəlif pavilyonlar təqdim edildi.

Best Model of Azerbaijan 2022 - nin milli direktoru Elxan Paşayev bildirib ki, layihənin əsas məqsədi modellərə karyera qurmaq, beynəlxalq podiumlarda Azərbaycanı layiqincə təmsil etmək imkanı verməkdir.

Beləliklə, Lisa Uzun və Natiq Xələfov Best Model of Azerbaijan qalib elan oldular. 1st runner up Best Model of Azerbaijan 2022 - Səma Daşdəmirli və Ülvi Salahov, 2nd runner up Best Model of Azerbaijan 2022-Səbinə Süleymanova və Taleh Musayev. Finalçılar müxtəlif nominasiyalarda sponsorlar tərəfindən də seçiliblər.