Lİnk bİnasI

Crystal Hall-un Yeni İl Korporativi

Crystal Hall-un Yeni İl Korporativi

24 dekabrda Crystal Hall ofis binasının əsas zalında daxili korporativ keçirdi. Baş direktorun texniki məsələlər üzrə müavini Elçin Məmmədov açılış sözü ilə işçiləri təbrik etdi. Təbrikdən sonra işçilər tərəfindən hazırlanmış Crystal Hall-un həyatından bəhs edən videoçarx, kollektivin iş prosesi vaxtı çəkdirdiyi maraqlı şəkillərdən ibarət slayd və şirkətin 2015-2016-cı illərdəki uğur və planlarından danışan video nümayiş olundu. 

Tədbir konkurslarla və rəqslərlə davam etdi.