MƏtbuat mƏrkƏzİ

"Zəfər Günü" və "Dövlət Bayrağı Günü" konserti

"Zəfər Günü" və "Dövlət Bayrağı Günü" konserti

9 noyabr 2021-ci il tarixində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Baku Crystal Hall-un mətbuat mərkəzində "Zəfər Günü" və "Dövlət Bayrağı Günü"nə həsr olunmuş konsert keçirildi.

Tədbirə başlamazdan əvvəl ll Qarabağ müharibəsinin şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Dövlət Himni səsləndirildi.

Ardınca Təhsil Nazirliyi tərəfindən 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə hazırlanmış video çarxın təqdimatı oldu.

Daha sonra tədbir bədii hissədə təşkil edilmiş konsert proqramı ilə davam etdirildi. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunlarından ibarət istedadlı musiqiçilər iştirak edirdilər.

Əməkdar artistlər İsgəndər Ələsgərovun və Ruslan Hüseynovun müşayiətilə Bakı Musiqi Akademiyasının "Musiqi müəllimliyi" fakültəsinin lll kurs tələbəsi Coşqun Qadaşovun ifasında "Laçın" və "Qarabağ" kompozisiyaları konsertin ən yadda qalan ifası olduğu xüsusi vurğulanmalıdır. Konsertdə vətənpərvərlik mövzularında bəstələnmiş müasir Azərbaycan və dünyaca məşhur caz musiqi kompozisiyaları səsləndirildi.

"Zəfər günü" və "Dövlət Bayraq günü"nə həsr olunmuş caz konsertində 36 ali təhsil müəssisəsindən dəvət olunan tələbələr və təhsil işçiləri iştirak edirdilər.