Concert

Bakı Dövlət Universitetinin Məzun Günü

Bakı Dövlət Universitetinin Məzun Günü

29 iyun 2019-cu il taruxlərində Bakı Kristal Zalında  Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib. Həmçinin müəllimlər, dekanlar  fərqlənmə diplomu ilə bitirmiş məzunlar dekanları ilə birlikdə zala dəvət ediliblər.Təntənəli tədbirdə universitetin 16 fakültəsinin məzunları, SABAH qrupları, müvafiq qurumların nümayəndələri, millət vəkilləri, alimlər, müəllimlər iştirak ediblər.

Tədbir təhsil naziri Ceyhun Bayramovun çıxışı ilə başladı. Həmçinin BDU-nun rektoru Elçin Babayev universitetdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.  Ceyhun Bayramov və BDU-nun rektoru Elçin Babayev fərqlənmə diplomuna layiq görülmüş tələbələrə diplomlarını təqdim ediblər.

Sonra Məzun Gününün bədii hissəsi başlayıb və axşam saatlarına kimi davam edib. Tədbirdə iştirak edən 5 minədək məzun aparıcılar Hüsniyyə və Ramanın təqdimatında bir-birindən maraqlı musiqi nömrələrini, o cümlədən tələbələrin təqdimatına "BDU-rep"i dinləyib, müxtəlif lotereya oyunlarında iştirak ediblər. Tədbirdə dünya ulduzu Sia və Dj China, Murad Arif, Miri Yusif, Çingiz Mustafayev, Kərimbəyeva Nərmin, Sevinc Ağaşirinova kimi tanınmış similar çıxış ediblər.

Tədbir şarlarının səmaya uçurdulması ilə başa çatıb.