Concert

Formula 1 yarış həftəsonu - Jessie J

Formula 1 yarış həftəsonu - Jessie J

27 aprel 2019-cu il tarixində, Bakı Kristal Zalında, Formula 1 yarış həftəsonu Bakıda müxtəlif əyləncəli proqram çərçivəsində dünya ulduzu Jessie J-nin konserti baş tutub.

Açılış aktını DJ Mendoza və Azərbaycanın məşhur müğənnisi Rilaya ifa etdilər.

Britaniyalı müğənninin “Who You Are” adlı albomu milyonlarla satılıb və ona “BRITS Critics’ Choice” mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Jessie J yalnız altı il sonra öz etiraflarını bölüşdüyü “R.O.S.E” albomunu çıxarıb. 

2013-cü ildə Jessie J Alive albomunu yaratdı.  Sonra Arina Grande və Nikki Minaj kimi dünya ulduzları ilə birlikdə işlədiyi bir disk buraxdı.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi “Brave” adlı ən son sinqlı isə 26 aprel tarixində, konsert ərəfəsində buraxılıb.

2019-cu il Azərbaycan Qran Prisində tamaşaçılar təkcə Bakı küçələrində nümayiş olunan parlaq motorsport şousu ilə deyil, ilk yarış həftəsonu üçün möhtəşəm Jessie J musiqi proqramı ilə də sevindilər.