MƏtbuat mƏrkƏzİ

"Maşın" realiti şou

"Maşın" realiti şou

"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou ən baxımlı veriliş statusunu saxlaya bilir. 2005-ci ildə başlayan şounun bu illər ərzində 17 buraxılışı və 306 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. 13 Dekabr 2018-ci il tarixində “ Maşın Şou “ – Hind kinosu başlayan şou, 18 gün ərzində dəvam edib. Yarışmada Səmra Rəhimli, Ranar Musayev, Sərxan Kərəmoğlu, Xəyalə Quliyeva, Dilarə Kazımova, Nazilə Səfərli, Mənsur Şərif, Taleh Yüzbəyov, Ramil Nabran, Rühəngiz Allahverdiyeva, Xose Bernado, Mina Hüseyn, Oktay Kamil, Nərgiz Əliyeva, Samir Cavadzadə, Aysel Namiqızı, Allahverdi Yolçuyev, Aydan Axundzadə tanınmış simalar iştirak edib. Verilişin qalibi Xəyalə Quliyeva olub.