Concert

Gənclərin Həmrəylik Festivalı

Gənclərin Həmrəylik Festivalı

24 dekabr tarixində Bakı Kristal Zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – “Gənclərin Həmrəylik Festivalı” keçirilib.

Festivalda iştirakçılar arasından söz alan gənclər təşkilatlarının üzvləri, qazilər, idmançılar, yaradıcı gənclər, könüllülər bugünkü uğurlarımızın bünövrəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kursun, o cümlədən gənclər siyasətinin durduğunu vurğulayıblar.

Gənclər fürsətdən istifadə edib, dövlət başçısını doğum günü münasibəti ilə təbrik edib, ona öz xoş və səmimi arzularını çatdırıblar.

Çıxışlara yekun olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan gəncləri adından Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı səsləndirilib, xalqımızın həmrəylik və Yeni il bayramı təbrik edilib.

Festival ərzində gənclər sevə-sevə dinlədikləri Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan “Drums”ın ifasında mahnıların və oynaq musiqilərin sədaları altında rəqs edərək şənləniblər.