Lİnk bİnasI

"Azərbaycan Bayrağı" kitabının təqdimatı

"Azərbaycan Bayrağı" kitabının təqdimatı

Dövlətimizin əsas rəmzi sayılan bayrağımızın təbliğatı bizim üçün mühüm vəzifədir. Bu işdə hər zaman Dövlət Bayrağı Meydanı ilə sıx əməkdaşlıq edir, təşkilati məsələlərdə yaxından iştirak edirik. 
Oktyabr ayının 19-da Baku Crystal Hall-un Link binasında Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın müəllifi olduğu "Azərbaycan Bayrağı" kitabının təqdimatı keçirilib. Təqdimatda Dənizkənarı Bulvar idarəsi və Crystal Hall-un rəhbər şəxsləri ilə yanaşı, bir çox fəxri qonaqlar da iştirak ediblər. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, millət vəkili, cənab Yaqub Mahmudov,  H.Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmaları departamentinin direktoru Məhəbbət xanım Mehdiyeva, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor cənab Tofiq Nəcəfli və kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış edib və kitab haqqında öz fikirlərini səsləndiriblər.