Concert

Nikolay Baskov - "OYUN" adlı şou

Nikolay Baskov - "OYUN" adlı şou

"Qızıl səs", Rusiyanın xalq artisti Nikolay Baskov 41-ci doğum gününü 15 oktyabrda Baku Crystal Hall səhnəsində "OYUN" adlı möhtəşəm şou proqramla sizinlə birlikdə qeyd edəcək. 
Müğənni şounun turuna Kreml Sarayındakı konserti ilə başlayıb. "Oyun" - özündə vokal və xareoqrafiya, nəfis geyimlər və səhnə dekorasiyaları, rəqslər və akrobatika, unikal effektlər və texnologiyaları özündə birləşdirən möhtəşəm teatr şousudur.
Şounun həyata keçirilməsi rusiyalı rejissor Aleksey Seçenova həvalə olunub. Geyimlərin tərtibatı üzərində isə modelyer-rəssam Valentin Yudaşkin və Vladimir Seredin işləyib.
Şou 6 hissəli ssenari əsasında tamaşaya qoyulub - "Maskarad", "Axtarış", "Teatr", "İmperiya", "Varieti" və "Triumf". 
Ən gözəl mahnıları və unudulmaz şou ilə "Rusiyanın qızıl səsi" oktyabr ayının 15-də saat 19:00-da arenamızda sizlərlə görüşəcək.
Biletlər hesab.az saytında və ticketbox kassalarında satışdadır.