MƏtbuat mƏrkƏzİ

Sakit Məmmədov - 60

Sakit Məmmədov - 60

15 mart 2019-cu il tarixində Baku Crystal Hall-un Mətbuat Mərkəzində dünya şöhrətli rəssam Sakit Məmmədovun əsərlərindən ibarət sərginin təntənəli açılış mərasimi baş tutub. Sərgidə rəssamın 160 işi nümayiş olunur.
Sakit Məmmədovun 60 illiyinə həsr edilmiş sərgi Baku Crystal Hall-un rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə təşkil olunub. Sərginin açılışında bir çox görkəmli şəxslər iştirak edib. Baş nazirin birinci müavini Əli Əhmədov, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və digərləri çıxış ediblər.
“Yeni era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov Sakit Məmmədovun incəsənətdə yüksək peşəkarlığına və seçdiyi peşəyə sadiqliyinə görə onu “Dövrün yaradıcısı” (“Творец эпохи”) ordeni və diplomu ilə təltif edib.
Sakit Məmmədovun əsərləri dünyanın bir sıra məşhur qalereyalarında nümayiş etdirilir. Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Avstriya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı olmuş Sakit Məmmədovun əsərləri şəxsi kolleksiyalarda və dünya muzeylərində saxlanılır.