İdman

IV İslam Həmrəyliyi Oyunları

IV İslam Həmrəyliyi Oyunları

Azərbaycan 2017-ci il, 12-22 may tarixlərində qeyd olunan IV İslam Həmrəyliyi Oyunlarına ilk dəfə ev sahibliyi etdi. İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir.İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu. İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir.
Paytaxtdımızda keçirilən dördüncü İslam Həmrəyliyi Oyunları may ayının 12-də start götürüb və may ayının 22-də yarışlara yekun vurmuşdur. 20 növ idman yarışlarının keçirilən olimpiada da 56 ölkədən altı mindən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub. Yarışların keçirilməsi üçün 16 məkan nəzərdə tutulmuşdur. Bu məkanlardan biri də Bakı Kristal Zalıdır. Arena CH 1 və CH 2 olmaqla iki hissəyə bölünən, üç ayrı idman növü üzrə yarışlara ev sahibliyi edib. Bu idman növləri müvafiq olaraq boks, voleybol və zorxana yarışlarıdır.