İdman

Şahmat Olimpiadası start götürdü

Şahmat Olimpiadası start götürdü

Bu gün Baku Crystal Hall-da 42-ci Şahmat Olimpiadası start götürdü. İlk start gedişi prezident cənab İlham Əliyev tərəfindən oynanıldıqdan sonra eyni anda 177 ölkədən 885 oyunçu oyuna qoşuldu. Qeyd edək ki, oyunlar 14 sentyabra qədər hər gün 15:00-da Crystal Hall Arenada keçiriləcək.
Gündəlik oyun nəticələri ilə sizləri tanış edəcəyik. 
Bundan əlavə Crystal Hall-un mətbuat mərkəzində jurnalistlər üçün media zona, mətbuat konfransı zonası, uşaqlar üçün əyləncə güşəsi, şahmatla bağlı sərgi və satış nöqtələri, oyunların 3 dildə şərh olunması üçün xüsusi zona və ümumi istirahət güşəsi fəaliyyət göstərir.