Concert

Könüllülərə Bahar Gəldi - Novruz Şənliyi

Könüllülərə Bahar Gəldi - Novruz Şənliyi

 17 mart 2016 ildə Baku Crystal Hall-da könüllülərin ‪#‎könüllüməbahargəldi adlı Novruz şənliyi keçirilib. Şənliyə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov açılış sözü ilə start verib. Məhz bu şənlikdə ilk dəfə olaraq arenada Novruzun simvolu tonqal qalanıb. Arenada tonqalla yanaşı müxtəlif Novruz bayramı atributları, eləcə də Azərbaycan, Tacikistan, İran və Özbəkistan adətlərini əks etdirən çadırlar da qurulub. Könüllülərin üçün bayram əhvalını yüksəltmək üçün DJ-lər çıxış ediblər. səhnədə maraqlı fokus trukları da göstərildi.