İdman

“V1 Challenge” Azerbaijan 2014

“V1 Challenge” Azerbaijan 2014

11 oktyabr tarixində Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib. Mərasim “Voca People” qrupunun konsert proqramı ilə başlayıb. Yarışda 12 ölkədən 14 peşəkar pilot yarışıb. Ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers, üçqat “Drift Challenge” çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu Migel Kampos, “V1 Challenge 2011” çempionu, türkiyəli Burak Çukurova, “V1 Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, “Fransa F4” və “Volant Euroformula 2013” çempionu Anton Huber və digərləri birincilik uğrunda mübarizə aparıblar.

Azərbaycanı Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil etmişdilər. Yarışın nəticələrinə əsasən Livan idmançısı Abdo Feqali bürünc medala, Almaniyalı Harald Müller ikinci yerə, Fransalı Anton Huber isə birinci yerə sahib oldular.