MƏtbuat mƏrkƏzİ

Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm müsabiqəsi

Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm müsabiqəsi

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Bayraq Günündə tədbir keçirib Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi 2012-ci il noyabrın 9-da Dövlət Bayrağı Gününə, eyni zamanda, məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirmişdir.

“Baku Crystal Hall”un mətbuat mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Mükafatlandırma mərasimində rəsm müsabiqəsinin qaliblərinə diplomlar, sertifikatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. 

Tədbir boyu həmçinin sənətçilərin iştirakı ilə konsert və əyləncəli proqram təqdim edilmişdir.